Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Məscid puluna toyuq hini tikdilər

Asaka rəsmiləri toyuq hininin məscidin mülkiyyəti kimi qeydiyyata alınmadığını deyirlər.

Özbəkistanda bir imam məscidə ayrılan pulu mənimsəyərək toyuq hini tikməkdə ittiham olunur. Bu barədə ölkənin şərqindəki Əndican vilayətinin hüquq-mühafizə rəsmiləri mayın 12-də AzadlıqRadiosunun özbək xidmətinə açıqlama verib.

məscid puluAsaka şəhərində Kholid-ibn-Valid məscidinin imamı məscidin saxlanması və eləcə də xeyriyyə məqsədilə ayrılmış 27 min dolları mənimsəməkdə ittiham olunur. Adının çəkilməsini istəməyən rəsmi deyib ki, imam, yardımçısı və məscidin mühasibi pulu cücə alınmasına və toyuq hini tikilməsinə sərf edib.

Ancaq məscid təmsilçisi radioya bildirir ki, toyuq hini investisiya kimi tikilib, “İslam qaydalarına görə, bu pul qazanc götürmək məqsədilə verilə bilməz”.

“Gələcəkdə toyuqları satıb pulu və əldə olunan qazancı məscidə qaytarmağı planlaşdırırdıq”, təmsilçi sözlərinə əlavə edib.

Asaka rəsmiləri toyuq hininin məscidin mülkiyyəti kimi qeydiyyata alınmadığını deyirlər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...