Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Məscid qarşısında rəqs edən qadınlar həbs edildi 

Qadınların əxlaqsız hərəkətləri möminlər arasında qəzəbli reaksiyaya səbəb olub.

Malayziya məscidlərindən birinin rəhbərliyi ibadətgah önündə açıq-saçıq rəqslərlə bağlı olaydan sonra İslam məbədini turistlərin üzünə qapadıb.

Din.az Moderator.az-a istinadən bildirir ki, bu haqda “Fox News” xəbər yayıb. Söhbət Sabah ştatının paytaxtı Kota-Kinabalu şəhərində yerləşən qədim bir müsəlman ibadətgahından gedir. İndi qeyri-müsəlman səyahətçilər onun qarşısında yarıçılpaq şəkildə rəqs etmiş iki əcnəbi qadının günahı ucbatından şəhərin ən görməli məkanlarından biri olan bu məscidin gözəlliyindən zövq ala bilməyəcəklər. İnternetdə yayılan təxribatçı video-görüntülər populyarlıq qazanıb və möminlər arasında qəzəbli reaksiyaya səbəb olub. Ölkənin hakimiyyət orqanları həm video qəhrəmanlarını, həm də turistlərin operatorlarını hesaba çəkməyə qərar verib.


“The Star” nəşrinin yaydığı növbəti xəbərə görə, artıq Malayziyada məscid önündə erotik rəqs edən əcnəbi turist qadınların taleyi məlum olub. Polis əxlaq normalarını pozanların şəxsiyyətini müəyyən edib. Onlar çinli qadınlar 37 yaşlı Uan Xan və 25 yaşlı Çan Hadır. Onlar qaldıqları oteldə yaxalanıblar.
Çinli qadınlar məhkəmədən əfv diləyib və hakim onların istəklərini qəbul edib. Qadınlar simvolik olaraq 25 rinqqit cərimələnib. Əcnəbi qadınlar cərimələri ödədikdən sonra vətənlərinə yola salınıblar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...