Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Məscid qətliamını canlı yayımlayan yeniyetmə də həbs olundu – FOTO

Terrorun sosial şəbəkələrdə canlı yayımlanmasına görə həbs cəzası …

18 yaşlı oğlan Kraystçerç şəhərindəki terror aktını sosial şəbəkələrdə canlı yayımladığına görə saxlanılıb.

Din.az xəbər verir ki, adı mətbuata açıqlanmayan yeniyetmən 14 il həbs cəzası gözləyir.

O, terrorda iştirak etməsə belə, həmin anları sosial şəbəkələrdə canlı yayımladığına görə azadlıqdan məhrum edilə bilər.

Aprel ayında məhkəməyə çıxarılacaq oğlanın müsəlmanlara nifrətlə bağlı sosial şəbəkə paylaşımları da üzə çıxıb.

Məlum olub ki, məscidlərdən birinin şəklini paylaşan yeniyetmə “hədəf təsbit edildi” sözlərini yazıb.

Xatırladaq ki, martın 15-də Kraystçerçdə iki məsciddə insanlar atəşə tutulub. Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...