Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Məsciddə 4 rükət namaz qıldı, ardınca oğurluq etdi – VİDEO

Məsciddə oğurluq hadisəsi baş verdi.

Oğurluq üçün girdiyi məsciddə əvvəl 4 rükət namaz qıldı, sonra sərinkeşi götürüb çıxdı.

Din.az “Milli.Az”a istinadən xəbər verir ki, hadisə Mərsində yaşanıb.

Silifke bölgəsindəki Rəşidiyyə məscidinə namaz vaxtı gələn oğru içəridəki sərinkeşi götürmək istəyib. Əvvəlcə dəstəmaz almaq bəhanəsi ilə ətrafda insanların olub-olmadığına baxan oğru sərinkeşi məscidin çıxışına gətirib. Bir anda namaz qılmağa başlayıb. Namazdan sonra yenə də ətrafa baxaraq sərinkeşi götürərək oranı tərk edib.

Sərinkeşin məsciddə olmadığını anlayan imam onun oğurlandığını düşünüb. Təhlükəsizlik kameralarına baxanda hər şey aydın olub. Polis məlumat əsasında oğrunu evində sərinkeşlə birlikdə tapıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...