Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

MƏSCİDDƏ 6 NƏFƏRİ GÜLLƏLƏYƏN TƏLƏBƏ TUTULDU

Məsciddəki atışmada tələbə ittiham edilir.

Kanada polisi fransız tələbəni Kvebek şəhərindəki məsciddə 6 nəfəri güllələməkdə ittiham edib.

“Din.az” “A24.Az”a istinadən xəbər verir ki, 27 yaşlı Aleksandr Bissonnet 6 nəfəri qəsdən öldürməkdə və 5 nəfəri öldürməyə cəhd etməkdə ittiham edilir.

Qeyd edək ki, atışma bazar günü gecə saatlarında Kvebek İslam Mədəniyyət Mərkəzində axşam namazı zamanı baş verib. Həmin vaxt məsciddə 50 nəfərdən çox insan olub.

Yaralanmış 19 kişidən 5-i hələ də xəstəxanadadır, iki nəfərin vəziyyəti ağırdır.

Kvebek əyalətinin polisi öldürülən altı nəfərin adlarını açıqlayıb:

Üç uşaq atası, 57 yaşlı baqqal və qəssab Azzeddine Soufiane, Laval Universitetində ərzaq elm şöbəsində professor, 60 yaşlı Khaled Belkacemi, üç uşaq atası dövlət üçün İT sahəsində çalışan 41 yaşlı Abdelkrim Hassen, 44 yaşlı Aboubaker Thabti və iki qvineyalı vətəndaş, 42 yaşlı Mamadu Tanou Barry və 39 yaşlı Ibrahima Barry.

Aleksandr Bissonnet Laval Universitetində siyasi elmlər və antropologiya üzrə təhsil alır. Universitetin şəhərciyi məsciddən 3 km məsafədə yerləşir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...