Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Məsciddə canlı bomba həyəcanı – VİDEO

Kamikadze bir din xadimini girov götürüb…

Türkiyədə yenidən terror həyəcanı yaşanıb.

Adana şəhərində Sabancı Mərkəzi Məscidində canlı bomba olduğu iddia edilib. Xəbər yayıldıqdan sonra məscid boşaldılmağa başlayıb. Məlum olub ki, bir nəfər üzərində kamikadze kəməri olduğunu, özünü partladacağını deyib və bir din xadimini girov götürüb.  Belinə sarı naqil dolayan şəxs məsciddəki mikrafonu əlinə alaraq üzərindəki bombanı partladacağını deyib və dua oxumağa başlayıb.

Yaranan izdiham zamanı xeyli sayda insan xəsarət alıb. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri kamikadze olduğunu iddia edən şəxsi zərərsizləşdirib. Bu zaman  o məscidə gələnlər tərəfindən hücuma məruz qalıb.

“Din.az” Türkiyədə yaşanan hadisə ilə bağlı videogörüntünü təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...