Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Məsciddə futbol duası: “Rəqibin hücumunu ofsaydla kəs, Ya Rəbbi” – VİDEO

“Futbolçuları qəza, bəlalardan uzaq et, oyunlarda güc-qüvvət ver”.

Türkiyənin Zonquldak bölgəsində sakinlər birici həvəskar liqada oynayan “Ereğlispor”un qalib gəlməsi üçün məscidə toplanıb dualar ediblər.

Din.az A24.Az-a istinadən xəbər verir ki, sözügedən futbol klubu liqada ilk pillədə qərarlaşıb.

Klubun növbəti sezonu da lider kimi tamamlaması üçün Hacılar məscidində proqram təşkil edilib. “Ereğlispor” futbolçularının bəla və qəzalardan uzaq olması üçün məscid imamı belə dua edib:

“Futbolçuları qəza, bəlalardan uzaq et, oyunlarda güc-qüvvət ver, zədələnmələrdən, sıxıntılardan mühafizə et, rəqibin hücumlarını ofsaydla kəs ya Rəbbi. Bu qardaşlarımızın vurduğu toplar qol olsun, hər matçda 3 xal nəsibləri olsun”.

Həmin görüntüləri sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...