Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Məsciddə futbol üzrə dünya çempionatını izləmək üçün şərait yaradıldı və … – GÖZLƏNİLMƏZ

Azarkeşlər Quilliam məscidində futbol oyununa baxdılar.

Müsəlman ibadətgahları ərazisində futbol kimi idman oyunlarının izlənməsi İslam şəriətinə uyğundurmu?..

Liverpulda Böyük Britaniyadakı ilk məscidin qurucusu olan Osmanlı din xadimi Abdullah Quilliamın (1856-1932) adını daşıyan məscidin rəhbərliyi Rusiyada keçirilən futbol üzrə dünya çempionatından Allah rizası üçün faydalanmağa qərar verib.

Din.az Moderator.az-a istinadən yazır ki, bu haqda “Liverpul Echo” nəşri xəbər yayıb. İbadətgahda DÇ-2018-in bütün matçlarının yayımlandığı böyük bir ekran quraşdırılıb və hər kəs futbol izləmək üçün məscidə gələ bilər. Məsciddə azarkeşlər üçün yeməkxana da var. Məsələnin ən maraqlı tərəfi odur ki, azarkeşlərdən imkansızlar üçün könüllü ianələr qəbul edilir. İanə toplantısının koordinasiyasını Ian Mumin adlı bir müsəlman fəal həyata keçirir. Toplanan vəsait yoxsulları pulsuz qida ilə təmin edən yerli ərzaq bankına göndəriləcək.

Azarkeşlər Quilliam məscidində dünən Serbiya – İsveçrə matçını izləyiblər. Bu gün isə Almaniya – İsveç oyununa baxacaqlar…

P.S. Məscid binalarında futbol kimi idman oyunların izlənilməsinin şəriətə nə dərəcədə uyğun olmasına İslam alimləri qərar verə bilərlər…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...