Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Məsciddə ibadət edənlərə atəş açıldı

Məscid atəşə tutuldu.

Naməlum şəxslərin İslamabadda məsciddə ibadət edənlərə atəş açmaları iki nəfərin həyatına son qoyub, dörd nəfər ağır yaralanıb.

Din.az xəbər verir ki, polis hadisə yerini mühasirəyə alıb, məscidə hücum edən silahlıların axtarışına başlanıb.

Məlumatda bildirilir ki, silahlı hücum Pakistan Kəşfiyyat Bürosunun əməkdaşına edilib.

Hadisəyə görə məsuliyyəti hələ ki, Pakistanda fəaliyyət göstərən heç bir qruplaşma öz üzərinə götürməyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...