Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Məsciddə inanılmaz oğurluq etdi – VİDEO

Oğurluq hadisəsi məsciddə olan kameralara düşüb.

Oğurluq hadisəsi məsciddə olan kameralara düşüb.

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda məsciddə oğurluq edilib.

Din.az xəbər verir ki, naməlum şəxs məsciddə namaz qılmaq üçün gələnlərin ayaqqabılarını oğurlayıb.

Oğurluq hadisəsi məsciddə olan kameralara düşüb. Görüntülərdə naməlum şəxs əyninə olan ayaqqabıları bir-bir yoxlayıb və onları aparıb.

Namazdan sonra məscidə gələnlər ayaqqabılarının olmadığını görüblər. Vəziyyəti məscidin axunduna bildiriblər. Məscidin imamı da kamera görüntülərini araşdırıb. Məlum olub ki, bundan əvvəl də həmin şəxs bu məsciddə ayaqqabıları oğurlayıb.

Polis oğrunu tutmaq üçün axtarışlara başlayıb. / Sputnik.az

https://www.mynet.com/tv/embed/5539625

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...