Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Məsciddə maraqlı oğurluq…VİDEO

Baş vermiş oğurluq hadisəsi təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

Oğurluq hadisəsi Türkiyənin Konya şəhərində, məscidlərdən birində qeydə alınıb.

Məscidə gələn gənc adam ayaqqabıların çıxarıldığı yerdə bir müddət dayanıb və ətrafına nəzər yetirib. Heç kimin olmadığına əmin olduqdan sonra bəyəndiyi ayaqqabılardan birini əlinə götürərək, mağazada alış-veriş edən müştəri kimi bir müddət onun altına, üstünə nəzər yetirib. Daha sonra ayaqqabını qoxulamağa başlayıb. Tam bəyəndikdən sonra ayaqqabıları götürərək aradan çıxıb.

Baş vermiş oğurluq hadisəsi təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Polisin apardığı axtarışlar nəticəsində həmin şəxsi yaxalamaq mümkün olub.

“Din.az” videogörüntünü təqdim edir:

MÜZAKİRƏ

2 şərh Məsciddə maraqlı oğurluq…VİDEO üçün

  1. Abu Petrol dedi:

    Reklam görsətdi amma video yox

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...