Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Məsciddə namaz qılan qadınlar İsrail polisi tərəfindən saxlanıldı

“Bu qadınları həbs edib. Çünki bura bizim məkanımızdır” …

Əl-Əqsa məscidində namaz qılıb, Quran oxuyan müsəlman qadınlar İsrail polisi tərəfindən saxlanılıb.

Din.az xəbər verir ki, dünən bir qrup fələstinli qadınlar İsrail polisi tərəfindən saxlanılıb.

Qadın ictimai fəal Müntəha Amara “QudsPress” xəbər agentliyinə mövzu ilə bağlı verdiyi açıqlamada bildirib ki, bir qrup qadınla Ər-Rahma Qapısı bölgəsində hər zaman olduğu kimi namaz qılmaq və Quran oxumaq üçün oturduqlarını və qəflətən polisin məscidə daxil olduğunu bildirib.

Müntəha Amara olayı belə nəql edir: “Günortadan sonra Əl-Əqsa məscidinə basqın edən radikal-yəhudilərin polisə “Bu qadınları həbs edib. Çünki bura bizim məkanımızdır” dedikdən sonra polis bizi və bizlə bir neçə qadını polis idarəsinə apardı.”

Qadın ictimai fəal Müntəha Amara bundan sonra özü və anası Nahidə Salah Əbu Şakra və qardaşının həyat yoldaşı Fatima Əş-Şeyx Zeyd Qeylanini və orada olan bəzi qadınları polis bir neçə saat saxladığını qeyd edib.

Qadın ictimai fəal özünün bir saat polisdə saxlanıldığını, anası və qardaşının arvadının başqa Polis İdarəsinə aparıldığını bildirib. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...