Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Məsciddə “Nə? Harada? Nə vaxt?” intellektual oyunu keçirildi – Gözlənilməz…

İmam: “İntellektual oyunlar məntiqi düşüncəni inkişaf etdirir”.

Bu günlərdə Rusiyanın Penza vilayəti Qorodişen rayonunun Orta Elyuzan kəndindəki “Əbu Hənifə” məscidində “Nə? Harada? Nə vaxt?” intellektual oyunu təşkil edilib.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda Dumpo.ru saytı xəbər yayıb.

Yarışmaya kəndin dörd məscidindən olan -“Nur”, “İxlas”, “İman” və “Ehsan” komandaları qatılıb. Oyunun mövzusu dini elmlərlə yanaşı, biznes, coğrafiya və digər sahələrdəki bilikləri də əhatə edib.

Oyunun sonunda nəticələrə görə birinci yerə “Əbu Hənifə” məscidinin “Nur” komandası layiq görülüb.

Yerli məscidin imamı Ruşan-xəzrət Bibarsov qeyd edib ki, intellektual oyunlar məntiqi düşüncəni inkişaf etdirir və möminlərin dünyagörüşünü genişləndirir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...