Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

MƏSCİDDƏ PARTLAYIŞ törətməyə çalışan şəxs həbs edildi

İngiltərədə məscidlərə “Molotov kokteyli” ilə hücum planlaşdırılırdı.

İngiltərədə məscidlərə silahlı hücum planlaşdırdığına görə saxlanılan şəxsin məhkəməsi keçirilib.

Din.az Moderator.az-a istinadən xəbər veri ki, İngiltərədə məscidlərə şüşə butulkaların içərisinə doldurulmuş tez alışan “Molotov kokteyli” adlı partlayıcı ilə hücum planlaşdırdığı aşkarlanan Hitlerin heyranı, 31 yaşlı Liam Seabrooka məhkəmə 8 il həbs cəzası kəsib. Məhkəmə Seabrooka həmçinin məscidlərə 200 metrdən çox yaxınlaşmağı qadağan edib.

Müsəlmanlara ölüm təhdidli mesajlar verən Seabrokun evindən şüşələrə doldurulmuş benzin və orta əsrlərdə istifadə edilən, evdə hazırlanmış ölümcül silahlar ələ keçirilib.

Bu gün həm də Londonda Finsbury məscidinin önündəki insanların üzərinə maşın sürən Darren Osbornenin də məhkəməsi keçirilib. Məhkəmə Darrenə 43 il həbs cəzası verib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...