Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Məsciddə qətliam: namaz qılanların boğazlarını kəsdilər – FOTOLAR (18+)

Cənubi Afrikada məscidlərdən birində qətliam törədilib.

Cənubi Afrikanın Durban şəhərində yerləşən məscidlərdən birində qətliam olub.

Din.az xəbər verir ki, məsciddə yaşanan hadisə zamanı namaz qılanların boğazları kəsilib.

Məsciddə olan digəri binanın pəncərəsindən tullanaraq canını qurtarıb. Hadisə yerinə gələn Afrika Xilasetmə bölməsinin sözcüsü Prem Balram məscidin atəşə tutulduğunu bildirib.

Prem Balram “qurbanlardan biri xəstəxanaya aparılarkən yolda öldü. Digər ikisinin isə vəziyyəti ağırdır. Ağ avtomobildə qaçan şübhəlilərin camaatın gördüyünə görə, misirli kişilər olduğu irəli sürülüb” deyə qeyd edib.

Cənubi Afrika polisi isə baş verən hadisənin arxasında dayanan səbəbi araşdırmağa başlayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...