Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Məsciddə rəzillik – Özünü işçi kimi göstərib… VİDEO

Məsciddə heç kimin gözləmədiyi hadisə baş verdi.

Türkiyədə Karaköydəki yeraltı məsciddə yatan şəxsin telefonunu oğurlayanın əməli təhlükəsizlik kamerasına düşüb.

Din.az Teleqraf.com-a istinadən xəbər verir ki, polis oğrunu tapmaq üçün əməliyyata başlayıb.

Namaz qılandan sonra məsciddə yatan şəxsə yaxınlaşan oğru əvvəlcə yerdə uzanaraq ətrafdakıların diqqətini özünə çəkməməyə çalışıb.

Bir müddət uzanmış vəziyyətdə qalan oğru özünü işçi kimi göstərərək yatan şəxsin cibindən telefonunu götürüb, məsciddən uzaqlaşıb. Yuxudan ayılan şəxs telefonunun oğurlandığını bilən kimi polisə şikayət edib. Polis faktla bağlı araşdırmaya başlayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...