Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Məsciddə səcdə edərkən canını tapşırdı – VİDEO

Yaşlı mömin səcdə anında haqq dünyasına qovuşdu.

“Qaş ilə göz arasında olan” ölüm hər an gələ bilər. Lakin Allaha ibadət anlarında, namaz məqamında canını tapşırmaq hər kəsə nəsib olmur. Bunun özü inananlar üçün bir xoşbəxtlikdir…

Din.az bildirir ki, İordaniyanın Aqvar əyalətindəki məsciddə belə ölüm yaşlı möminlərdən birinə məhz Yaradana səcdə anlarında qismət olub. Onunla birgə namaz qılanlar ibadətin sonunda ahıl müsəlmanın hələ də səcdədən qalxmadığını görüblər. Onu səsləmək istədikdə müsəlmanın elə səcdədə ikən Allaha qovuşduğu məlum olub.

Hadisənin məscidin müşahidə kameralarına düşmüş video-görüntülərini təqdim edirik.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...