Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

MƏSCİDDƏ SƏDƏQƏ İSTƏYƏNLƏR, MƏSCİDDƏN KƏNARDA DİNİ SÖHBƏT EDƏNLƏR CƏRİMƏLƏNƏCƏKLƏR!

Qeyri-qanuni aparılan dini fəaliyyətə görə tətbiq edilən cəzalar sərtləşdirildi.

Din.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyi qeyri-qanuni aparılan dini fəaliyyətə görə tətbiq edilən cəzanı sərtləşdirib. Qanun layihəsinə əsasən, bundan sonra icazə verilməmiş dini yığıncaqlar, təlimlər və ya xütbələr böyük məbləğdə pul cəriməsi ilə cəzalandırılacaqlar.

Bundan başqa, sənəddə məscidə xidmətə götürülmə şərtləri də yazılıb. Artıq ancaq ölkənin İslam və İanələr üzrə Baş İdarəsinin razılığı ilə məscidə işçi götürmək olar.

Həmçinin qanun layihəsi məscidlərin özlərinin də fəaliyyətini aydın şəkildə qaydaya salır. Məsələn, məscid xidmətçiləri məscidlərdən kənarda xütbə deyə və Quranı təfsir edə bilməzlər.

Məscidlərdə sədəqə istəyən şəxslərə və azan və xütbə zamanı məscid imamına mane olanlara qarşı da böyük cərimələr nəzərdə tutulub. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...