Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

MƏSCİDDƏ TERROR AKTI törətmiş şəxsə ömürlük həbs cəzası verilib

48 yaşlı Darren Osborn ömürlük həbs cəzasına məhkum edilib.

Böyük Britaniya paytaxtı Londonda Vuliç Rayon Məhkəməsi 48 yaşlı Darren Osbornu ömürlük həbs cəzasına məhkum edib.

Din.az xəbər verir ki, o, ötən il iyunun 19-da Londonda məsciddə qəsdən adam öldürməkdə və qəsdən adam öldürməyə cəhd göstərməkdə təqsirkar bilinib.

Məhkumun azadlığa çıxmaq hüququ olmadan həbsxanada minimum qalmaq müddəti 43 ildir.

Qeyd edək ki, D.Osborn idarə etdiyi avtomobili qəsdən namazdan çıxan müsəlmanların üzərinə sürmüşdü. Nəticədə 51 yaşlı Makram Əli ölmüş, daha bir neçə nəfər yaralanmışdı. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...