Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Məsciddə turistlərə pulsuz tərcümə xidməti göstəriləcək

“İBB Simultane” mobil tətbiqi vasitəsilə sinxron tərcümə xidməti göstəriləcək.

İstanbul Bələdiyyəsi maraqlı bir yeniliyə imza atıb.

Din.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Bələdiyyəsi tərəfindən hazırlanan “İBB Simultane” mobil tətbiqi vasitəsilə cümə namazına gələn turistlərə ərəb və ingiliscə pulsuz sinxron tərcümə xidməti göstəriləcək.

Xidmət hələ ki, yalnız Sultanahmet məscidində göstəriləcək. İstanbul Bələdiyyəsindən ayrılan komanda turistlərə sözügedən tətbiqin istifadə prosedurlarını öyrətmək istiqamətində fəaliyyətə başlayıb.

Tətbiqdən istifadə edənlərə mobil telefonlarına uyğun qulaqlıqlar da hədiyyə olunacaq.

Gələcəkdə bu xidmətin İstanbuldakı digər tarixi məscidlərdə də göstərilməsi nəzərdə tutulur.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...