Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Məsciddə yanığın baş verdi – FHN məlumat yaydı

Dağıstan Respublikasında məscid yandı.

Dünən axşam saatlarında Dağıstan Respublikasında məscid yanıb.

Din.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb. Rusiya FHN-nin yaydığı məlumata görə, hadisə Çarodin rayonunun Qoçob kəndində baş verib.

Alovun söndürülməsinə 12 nəfər yanğınsöndürən və 3 texnika cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. (Unikal.org)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...