Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Məsciddəki çilçıraq namaz qılanların başına düşdü – FOTO

Hadisə zamanı 11 nəfər yaralanıb

Türkiyənin Kayseri şəhərində məsciddə namaz qılınan vaxt bədbəxt hadisə baş verib.

“Din.az” bildirir ki, “ATV.az”ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, cümə namazı qılınan zaman tavandakı çil-çıraq adamların üzərinə düşüb. Ahmet-Ayşe İnci məscidində baş verən hadisə nəticəsində yaralanan 11 nəfər təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb. 10 metr yüksəklikdən düşən çil-çırağın yaraladığı 11 nəfərdən ikisi Kayseri Təhsil Araşdırma Xəstəxanasına, digər 9 nəfər isə şəhərdəki xüsusi xəstəxanalara aparılıb.

Hadisə ilə bağlı polis istintaqa başlayıb.

57c028d3eb10bb1a14641053

1453298270078

1453413140947

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...