Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Məsciddən oğurluq etmək üçün… – Filmlərin ssenarisi OLA BİLƏR – VİDEO

Yardım göstərilən şəxs məsciddən oğurluq etdi.

İmam və məscid işçilərinin kömək etdiyi şəxs məsciddəki netbuk və sədəqə pullarını oğurlayıb.
Din.az xəbər verir ki, hadisə Türkiyənin Antalya şəhərinin Manavqat mahalında Çəltikçi məscidində baş verib.
Hadisə ilə bağlı məscidin imamı Süleyman Şəngül sosial şəbəkədə məlumat paylaşıb:
“2017-ci il dekabrın 12-də məscidə girəndə yerdə birinin yatdığını gördüm. O Alanya şəhərindən bir nəfərdən pul almaq üçün gəldiyini, ancaq pul qabını və şəxsiyyət vəsiqəsini itirdiyini deyib. O, bizim məscidə təsadüfən gəldiyini dedi. Dəstəmaz aldı səhər namazını birlikdə qıldıq. Cibində 3 lirəsi olduğunu və çətinliklə də olsa evinə qayıda biləcəyini dedi. Biz ona kömək etmək istəyəndə “Biletimi alın bəsdir, başqa heç nə istəmirəm” dedi. Biz də bir az pul toplayıb həm yemək, həm də biletini alması üçün verdik”.
İmam bildirib ki, dekabrın 15-də məscidə gələndə otağının pəncərəsinin qırıldığını, netbuk və məscidin kommunal xidmətləri üçün iki xeyriyyəçinin verdiyi pulun oğurlandığını görüb. Təhlükəsizlik kameralarına baxanda oğrunun iki gün əvvəl kömək məqsədilə pul topladıqları şəxs olduğunu görüblər.
Polisin araşdırması zamanı bəlli olub ki, oğru sonra başqa bir məscidə daxil olub. Onun imamın polisə xəbər verməsindən sonra Çəltikçi məsciddən oğurladığı netbuku qoyaraq qaçdığı məlum olub. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...