Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Məsciddən pulla dolu seyfi oğurladılar – Rəsmi

İçərisində 1200 dollar və sənədlər olan seyf oğurlanıb.

Naməlum şəxslər Qazaxıstanın Almatı vilayətinin rayonlarından birindəki məsciddən pulla dolu seyfi oğurlayıblar.

Din.az bildirir ki, bu haqda Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Almas Sadubayev xəbər verib. Onun sözlərinə görə, bununla bağlı Kerbulaq rayonunun Daxili İşlər şöbəsinə rayon mərkəzi məscidinin imamı müraciət edib. Naməlum şəxslər müsəlman ibadətgahından içərisində 400 min tenqe (təxm. 1200 dollar) və sənədlər olan seyfi aparıblar. Şübhəlilərin yaxalanmasıyla bağlı axtarış tədbirləri aparılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...