Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

MƏSCİDƏ 30 GÜLLƏ ATMIŞ XRİSTİAN İSLAM TƏBLİĞATÇISI OLDU

“Əvvəllər mən müsəlmanlara nifrət edirdim”.

Bir müddət öncə məscidi güllələyən amerikalı İslamı təbliğ etməyə başladı.

Din.az bildirir ki, bu haqda  ABŞ-ın “NBC Connecticut” nəşri məlumat yayıb.  Amerikanın Konnektikut ştatının sakini Ted Xeki 2015-ci ilin noyabrın 14-də Fransada 130 nəfərin ölümü ilə nəticələnmiş və müsəlmanların adı ilə bağlanan  terror aktlarından  bir gün sonra həddindən artıq alkoqol içərək yaxınlıqdakı Beytul-Aman məscidini gülləbaran edib. ABŞ Hərbi Dəniz Donanmasının keçmiş qulluqçusunun açdığı 30 atəşdən yalnız möcüzə nəticəsində heç kəs ölməyib. Məhkəmədə Ted günahını etiraf edib və məscid rəhbərliyi tərəfindən bağışlanıb.

Bundan sonra  keçmiş Amerika hərbçisinin içində müsəlman ibadətgahını ziyarət etmək həvəsi yaranıb. Məscidin  axundları və ziyarətçiləri ilə ünsiyyətdə olan Ted İslamla dərindən maraqlanmağa başlayır. Bu minvalla məscidə 30 güllə atmış xristian müsəlmanlığın təbliğatçısı olur.  “Əvvəllər mən müsəlmanlara nifrət edirdim” –deyə etiraf edən Ted Xeki hələlik müsəlman olmasa da, bu gün  vaxtının çoxunu İslamın təbliğinə ayırır və sözügedən məscidə gələn  müsəlmanlaırın böyük rəğbətini qazanıb. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...