Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Namaz vaxtı məscidə donuz girdi  – FOTOLAR

Qaban ora-bura vurnuxaraq namaz qılanlara hücum edib və onlardan birini yaralayıb.

Müsəlmanların ibadətinin qaynar çağında məscidə çöl donuzu daxil olub.

Din.az Moderator24.com-a istinadən yazır ki, bu haqda “The Star” nəşri xəbər yayıb.

Gözlənilməz olay Malayziyanın Sunqay Bulox şəhərində baş verib. İbadət məkanına girən qaban ora-bura vurnuxaraq namaz qılanlara hücum edib və onlardan birini yaralayıb.

Daha çox insana xəsarət yetirəcəyindən ehtiyatlanan müsəlmanlar donuzu məscidin içindəcə güllələməyə məcbur olublar. Odur ki, döşəmənin xalçası qana bulaşıb. Yerli sakinlər dərhal məscidə toplanaraq imamlara ibadətgahın təmizlənməsində yaxından kömək ediblər.

Möminlər İslam şəriətinə uyğun olaraq ibadət zalını xüsusi ayinlər çərçivəsində yuduqdan sonra məsciddəki bütün xalçaları yeniləri ilə əvəzləyiblər.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...