Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Məscidə girib oğurluq etdi – VİDEO

Polis əməkdaşları görüntülərdəki bu şəxsi axtarır

Məsciddə olan gənc namaz qılanların asılqanlardakı paltarlarını cibinə bir-bir əl gəzdirir. Hərdən ərabir ətrafa da göz atır ki, ona diqqət edən var ya yox.

Gənc oğlanın oğurluq etdiyi görüntülər paytaxtın Yasamal rayonu Mirəli Seyidov küçəsində yerləşən İlahiyyat məscidinin müşahidə kameralarına düşüb. Zərərçəkmiş şəxs ərazi üzrə 8-ci polis bölməsinə məlumat verib ki, camaat namazı qılarkən məsciddə asılqandan asdığı gödəkcəsinin cibindən dəyəri 200 manat olan mobil telefonu oğurlanıb.

Hadisə yerinə çağırılan polis əməkdaşları məscidin müşahidə kameralarına baxış keçirib. Görüntülərdə 20-25 yaşlı bir nəfərin telefonu oğurlaması açıq-aydın görünüb. Hazırda polis əməkdaşları görüntülərdəki bu şəxsi axtarır.

“Din.az” məsciddən oğurluq edən şəxsin videogörüntüsünü təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...