"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Məscidə, hərbi hissələrə, məhkəmələrə siyasət girməyəcək…

Share Button

Kemal Kılıçdaroğlunun CHP qrupundakı çıxışı…

CHP lideri Kılıçdaroğlu 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı verdiyi açıqlamada hökumətə xəbərdarlıq edib.

“Din.az” Türkiyənin CHP lideri Kılıçdaroğlunun açıqlamasından olan sətir başlıqlarını təqdim edir:

“Respublikanın qurucu dəyərlərini anlamadan bu torpaqlarda rahat yaşaya bilmərik. Gənclər bizim ümüdümüz, gələcəyimizdir. Onlar bu ölkəni idarə edəcəklər. Bu ölkəni demokratik, dünyəvi, sosial və hüquqi dövlət qanunundan azmadan idarə etməlidirlər. Onlardan ən böyük arzum budur.

14 il bundan əvvəl terror yox idi, indi niyə var..?

Gənclərə böyük ümüdümüz var. Amma çox gənc olan övladlarımızı terror məhv edir. 15 iyuldan bu günə 36 Vətən övladı şəhid olub. Onlar, biz rahat yaşayaq deyə canlarını fəda edirlər. Onlara bu ölkənin – hər birimizin minnət borcu var. Mən terror mövzusunda bütün siyasi partiyaların eyni həssaslıq göstərməsini dilə gətirdim. Bir şeyi də unutmayacağıq, terrorsuz yaşayan bir ölkə 14 ildə necə terrora sürükləndi? Ağlımızdan istifadə etməliyik, əyrini doğrudan ayırmalıyıq. Terrordan şikayət etmək asandır, problem şikayətin o biri tərəfindədir. Terrorla mübarizədə ağılla, məntiqlə, kollektiv şəkildə hərəkət etmək lazımdır. Diaqnozu düzgün qoysanız müalicəni də etmiş olarsız. Sadəcə PKK deyil, İŞİD terroru da var.

Məscidə, hərbi hissələrə, məhkəmələrə siyasət girməyəcək…

15 iyul dövlətə çevriliş cəhdi oldu. Hələ də təsirlərini üzərimizdən atmamışıq. Bu çevrilişə cəhddən hər birimizin dərs götürməsi lazımdır. Siyasət qurumuna yeni pencərələr açmaq lazımdır. Bu çevriliş cəhdində dərs olaraq nələrdən nəticə çıxartmalıyıq və siyasət qurumu necə davranmalıdır? Məscidə, hərbi hissələrə, məhkəməyə siyasət girməyəcək. Buralara siyasət girərsə bunlar baş verər. Din başqa bir sahədir. Hərbi hissələri isə siyasət əsla girməməlidir. Bugünə qədər niyə göz yumdunuz?”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir