Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Məscidə Muhəmməd peyğəmbərin (s) adı verildi

Yeni məsciddə eyni vaxtda 30 min insan ibadət edə biləcək.

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov məscidin açılış mərasimində dini ocağa Muhəmməd Peyğəmbərin adının veriləcəyini bildirib.

Din.az bildirir ki, tədbirdə müsəlman ölkələrindən olan qonaqlar, RF Prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi Aleksandr Matovnikov, Şimali Qafqaz məsələləri üzrə nazir Sergey Çebotaryov iştirak ediblər. Mərasim iştirakçılarının arasında, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də olub.

Rusiya Prezidenti Vladimir Putin mərasimə toplaşanlara təbrik teleqramı göndərib.

Məsciddə eyni vaxtda 30 min insan ibadət edə biləcək. Məscidin ətrafındakı 5,3 hektar ərazi də nəzərə alınarsa, burada eyni vaxtda 100 min mömin ibadət edə bilər. Tikilinin içərisi və xarici ağ yunan mərməri ilə bəzədilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...