Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Məscidi-Əqsa” dağıla bilər

Qazıntılar davam edərsə, məscidin uçmaq ehtimalı var.

İsrailin “Məscidi-Əqsa”nın altında qazıntılar aparması məscidin bünövrəsinə zərər verib.

Din.az xəbər verir ki, bu barədə Qüds Ali İslam Heyyətinin rəhbəri Şeyx İkrimə Sabri məlumat verib.

Onun sözlərinə görə, qazıntılar davam edərsə, məscidin uçmaq ehtimalı var.

Ş.Sabri bildirib ki, sinoist rejim YUNESKO-nun qazıntı işləri bağlı qurduğu komissiyanın araşdırma aparmasına icazə vermir:

“Heç bir beynəlxalq işçi qrupu orada qazıntıları araşdıra bilmir. Əgər İsrail heç nə etmədiyini iddia edirsə, onda niyə beynəlxalq araşdırmaçıları ora buraxmır?” / Qafqazinfo.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...