Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Məscidin anbarından çıxan səslər hər kəsi təəccübləndirdi

Məscidə gələn komandalar anbarda gördüklərinə çox təəccübləniblər.

Türkiyənin Düzce bölgəsində yerləşən məscidin anbarından gələn səsləri eşidən vətəndaşlar vəziyyəti Düzce Bələdiyyəsi Fövqəladə Hallar müdürlüyünə bildirib.

Din.az bildirir ki, məscidə gələn komandalar anbarda iquana ilə qarşılaşdıqda təəccübləniblər. bir evdən qaçsığı güman edilən 82 santimetr uzunluğundakı heyvan Fövqəladə Hallar müdirliyinə aparılıb. Müdürliyin işçiləri iquananı təslim etmək üçün Təbiəti Qoruma və Milli Parklar Şöbə Müdirliyinə xəbər verib. İquana reabilitasiya mərkəzində müalicə olunduqdan sonra heyvanat bağçasına aparılacaq.
Düzce Bələdiyyəsi işçisi Mehmet Polat “ölkəmizdə yetişən bir heyvan növü deyil. Buna görə də, ilk qarşılaşdıqda çox təəccübləndik” deyə bildirib. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...