Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

MƏSCİDİN ƏSRLƏR ÖNCƏ TİKİLƏN İSTİLİK SİSTEMİ İLƏ BAĞLI GÖRÜNTÜLƏR

Bir neçə əsr əvvəl qurduğu isitmə sistemi hələ də işlək vəziyyətdədir.

Günümüzdə tikilən bir çox məscid isidilə bilmir, amma Memar Sinanın bir neçə əsr əvvəl qurduğu isitmə sistemi hələ də işlək vəziyyətdədir.

“Din.az” “A24.az”ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyədə “Selimiye” Məscid kimi adlandırılan ibadətgahın döşəməsidə yaya aylarında soyuq, qışda isə isti suyun keçdiyi su boruları var. “Selimiye” məscidinin əsrlər əvvəl qurulan istilik sistemi ilk dəfə yerli müxbirlər tərəfindən lentə alınıb. Memar Sinanın “usta əsərim” deyə adlandırdığı məscidin hər kəsin asanlıqla içərisinə düşüb görə biləcəyi isitmə kanalları var. Bu su kanalları qış fəslində namaz qılan camaatın üşüməməsi üçün hamamın qaynar suyu borularla yerin altında dolaşaraq məscidi isidir.

Türkiyə mediasında yayımlanan həmin videogörüntüləri sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...