Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Məscidin girişində pul tapan din xadimi təhlükəsizlik kamerasını izlədikdə təəccübləndi/Video

“Sizi böyüdən ana, ataya və müəllimə halal olsun”.

Türkiyənin adı açıqlanmayan bir bölgəsində baş verən hadisə eşidənləri duyğulandırıb.

Din.az bildirir ki, din mədəniyyəti və əxlaq dərsləri müəllimi olan Metin Yıldırım işlədiyi məscidin qapısında 30 manat dəyərində pul tapıb. Sahibini tapmaq üçün təhlükəsizlik kamerasını izləyən Yıldırım gördüyü mənzərədən çox təsirlənib.
O, görüntülərdə yolda tapdıqları pulu məscidin girişinə buraxan uşaqları gördükdə həm təəccüblənib, həm də buna sevinib.

Yıldırım onu duyğulandıran həmin anları “Sizi böyüdən ana, ataya və müəllimə halal olsun. Pulu küçədə tapmalarına baxmayaraq haram pulu xərcləmək yerinə ən doğru yerə qoyublar. Uşaqlar bizim ümidimizdir” sözləri sosial media hesabında paylaşıb.

Onun bu paylaşımı böyük marağa səbəb olub. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...