Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

MƏSCİDİN İMAMINI BIÇAQLADILAR – FOTO

Naməlum şəxs İslamı və müsəlmanları təhqir etdikdən sonra…

İngiltərənin Mançester şəhərinin yaxınlığındakı Altrinçemdəki İslam Mərkəzinin rəhbəri, yerli məscidin imamı Nasser Kurdi bıçaqlanıb.

Din.az bildirir ki, Nasser Kurdinin dediyinə görə, dünən axşam saatlarında məsciddən çıxaraq evə yönələndə küçədə onun qarşısını kəsən naməlum şəxs İslamı və müsəlmanları təhqir etdikdən sonra bıçağı çıxarıb. Həmin şəxs N.Kurdinin boynuna bıçaqla vurandan sonra qaçıb.

İxtisasca ortoped olan 58 yaşlı N.Kurdinin bıçaqlanması ilə bağlı olaraq polis təhqiqata başlayıb.

Cinayətdə şübhəli bilinən 54 və 32 yaşlı iki şəxs saxlanılıb. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...