Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Məscidin minarəsindən insanlara atəş açdı – Video

Murad Tahsin adlı şəxs tüfənglə minarədən ətrafdakılara atəş açıb.

Türkiyənin Bursa şəhərində Küba məscidində hadisə baş verib.

Din.az xəbər verir ki, Murad Tahsin adlı şəxs tüfənglə məscidin minarəsinə qalxıb və ətrafdakılara atəş açıb.

Məlumata görə, həmin şəxs haqqında borcu səbəbindən həbs qərarı çıxarılıb. O, həbsxanaya girmək istəmədiyi üçün belə bir addım atdığını deyib.

Hadisə yerinə cəlb edilən polislər M.Tahsinlə uzun danışıqlar aparsa da, o, minarədən enməyəcəyini bildirib:

“Uşaqlarımın anası yoxdur. Yaxında ataları da olmayacaq. Buradan mənim cəsədim çıxacaq”.

Hazırda silahlı şəxsin tutulması istiqamətində tədbirlər aparılır. Əraziyə xüsusi təyinatlılar cəlb edilib.

Silahlı şəxs 4 saatlıq danışıqlardan sonra minarədən enməyə razı olub. O, polislərin nəzarətində müayinədən keçirilməsi üçün xəstəxanaya aparılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...