Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Məscidin qapıları növbəti dəfə bağlandı

Hərbçilər Əl-Əqsa məscidinə girişi bağladı.

Fələstin lideri Mahmud Abbas İsrail hökumətini dərhal məscidin qapılarını açmağa çağırıb.

Qüdsdə polisə hücum səbəbindən Əl-Əqsa məscidinin qapıları növbəti dəfə bağlandı.

Din.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, ərəb millətindən olan şəxs Məbəd Dağını ziyarət edəndən sonra polis əməkdaşlarına yaxınlaşaraq onlardan birini bıçaqla vurmağa çalışıb. Polisə hücum edildikdən sonra ərazidəki ziyarətçilər təxliyə edilib. Hərbçilər Əl-Əqsa məscidinə girişi bağlayıb.

Fələstində hadisə ilə bağlı təcili iclas keçirilib. Fələstin lideri Mahmud Abbas İsrail hökumətini dərhal məscidin qapılarını açmağa çağırıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...