Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Məscidin “RƏCƏB TAYYİB ƏRDOĞAN MƏSCİDİ” adlandırılması təklif edildi

Məscidə Ərdoğanın adını vermək istəyirlər.

Üsküdarda kitab sərgisi açılışında çıxış edən İsmayıl Qəhrəman Ərdoğanın Üsküdara damğasını vurduğunu qeyd edib.

Din.az bildirir ki, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman Camlıcada tikilən məscidin “Rəcəb Tayyib Ərdoğan Məscidi” adlandırılmasını təklif edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Üsküdarda kitab sərgisi açılışında çıxış edən İsmayıl Qəhrəman Ərdoğanın Üsküdara damğasını vurduğunu qeyd edərək, Camlıca məscidinə Ərdoğanın adının verilməsini təklif edib. Qəhrəman daha sonra təklifini salondakıların səsverməsinə buraxıb.

“Ərdoğanın özünün qəbul edəcəyini düşünmürəm. Amma onu məcbur edək. Bu ad uyğun deyil? Səsinizə sığınıram. Saf demokratiya budur, səsvermə belə aparılmalıdır”, – deyə Qəhrəman əlavə edib.

Onun bu sözləri alqışlarla qarşılanıb. / Sputnik.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...