Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Məscidin üzərinə Hitlerin rəsmi həkk edildi – RƏZALƏT – FOTO

Polis şəhərin qərbindəki məscidə qarşı törədilmiş cinayəti araşdırır.

Kanadanın paytaxtı Ottavada məscidin divarları üzərinə Adolf Hitlerin əksi və irqçi məzmunlu yazılar həkk edilib.

Din.az xəbər verir ki, bu haqda yerli “CTVNews” nəşri xəbər yayıb. Hazırda polis şəhərin qərbindəki məscidə qarşı törədilmiş cinayəti araşdırır. “Cami Ömər” məscidinə polis çərşənbə axşamı səhər tezdən çağırılıb. Rəzil davranış bir il öncə Kvebek şəhərindəki məsciddə törədilmiş terror qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdən tam bir gün sonra həyata keçirilib. Həm Ottava, həm də Kvebekdə məscidin şəhid olmuş ziyarəçiləri şərəfinə xatirə mərasimləri təşkil edilib. Sonuncu hüzn mərasimində Kanadanın baş naziri Castin Trüdo və digər rəsmi şəxslər də iştirak edib.


Yerli hökumətlər məscidə terror hücumunun ildönümü ərəfəsində icra edilmiş növbəti vandalizm hərəkətlərini hiddətlə qınayıblar.

“Mən bizim Bell-Cornersdəki məsciddə irqçi posterlər görməkdən çox məyus oldum. Bu qəbul edilə bilməz və biz hamımız bunu qınayırıq “, -deyə Ottava şəhər şurasının üzvü Rik Kyarelli bildirib.
“Cəmiyyətimizdə dözümsüzlük və nifrət üçün yer yoxdur”. Parlament üzvü Liza Mak Leod isə belə deyib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...