Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Məscidlər uşaqlarla dolsun – Quran onların əxlaqı olsun!..”

Quran kurslarına 350 minə yaxın oğlan və qız qatıldı…

Türkiyədə yay Quran kurslarına 350 minə yaxın oğlan və qız qatıldı…
“Mən məscidi sevirəm, dinimizi öyrənməyi çox istəyirəm ” – 7-ci sinif şagirdi Elif Uyan…

Türkiyənin məscidləri uşaqlarla dolub – bütün ölkədə gənc müsəlmanlar üçün yay Quran kursları açılıb.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda “Yeni Şafak” məlumat yayıb.
Dərslər bu həftə başlayıb. Bu münasibətlə İstanbulda şəhər müftisi Həsən Kamil Yılmazın qatıldığı təntənəli açılış mərasimi təşkil edilib. Din xadiminin sözlərinə görə, bu ilki kursların şüarı “Məscidlər uşaqlarla dolsun – Quran onların əxlaqı olsun!” çağırışıdır.

H.Yılmaz valideynlərə uşaqlarını ibadətə, namaz qılmağa təşviq etməyi, gənc yaşda məscidə sevgi aşılamağı tövsiyə edib.

Muftinin çıxışından sonra uşaqları oyunlar və səhnəciklər gözləyirdi. Sonra isə ilk dərs… Ərəb əlifbası və Quran oxumaq qaydalarından savayı, gənc müsəlmanlara hədislər oxunur və onlara əxlaq normaları öyrədilir.

“Dərslərdən əlavə, müəllimlərimiz bizim üçün maraqlı oyunlar keçirirlər. Mən məscidi sevirəm, dinimizi öyrənməyi çox istəyirəm “, – dərslərdə namaz qılmağı öyrənmiş 7-ci sinif şagirdi Elif Uyan belə deyir. .

Qeyd edilir ki, ötən il İstanbulda yay Quran kurslarına 285 min oğlan və qız qatılıb. Bu il isə onların sayı 350 minə yaxınlaşıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...