Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Məscidlərdə baş verən qətliamdan sonra “FACEBOOK”dan yeni ADDIM – Bu xidmət qadağan olundu

Video və canlı yayımlardan mənfi məqsədlərlə istifadə edənlər bloklanacaqlar.

Feysbuk canlı yayım açmağı qadağan edəcək.

Din.az Publika.az-a istinadən xəbər verir ki, qadağa ictimai qaydaları kobud şəkildə pozan canlı yayımlara aiddir.

CNET texnologiya saytının xəbərinə görə, şirkət mart ayında Yeni Zelandiyadakı məscidlərdə gerçəkləşdirilən qətliamdan sonra bu qərarı verib. 51 nəfərin vəhşicəsinə öldürüldüyü həmin qətliamda cinayətkar əməllərini canlı yayım açmaqla bütün dünyaya nümayiş etdirmişdi.

Şirkətin nümayəndəsi Qay Rozen şəxsi bloqunda dərc etdiyi məqalədə bildirib ki, canlı yayım etməsi əngəllənən şəxslər Feysbukun reklam qoymaq xidmətlərindən də istifadə edə bilməyəcək. Qadağa bu gündən etibarən qüvvəyə minəcək.

Feysbuk video və canlı yayımlardan mənfi məqsədlərlə istifadə edənləri bloklamaq məqsədilə 7,5 milyon dollar dəyərində yeni texnologiya quracaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...