Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Məscidlərdə namaz qılınmayacaq

Bəs Azərbaycandakı məscidlərdə vəziyyət nə yerdədir? Niyə bu barədə açıqlamalar verilmir?

Türkiyənin Dini İşlər Başqanlığının rəhbəri Əli Ərbaş koronavirusla bağlı açıqlama verib.

T24.com.tr xəbər verir ki, o, camaat şəkildə namaz qılmağın virusun yayılma riskini artırdığını deyib:

“Yeni növ koronavirusla əlaqədar olaraq məscidlərdə cümə və camaat namazının qılınmasına fasilə verildi. Məscidlərin açıq olmasına qərar verilib.

 Səhiyyə Nazirliyimiz təkcə Ümrədən gələnlər üçün deyil, eyni zamanda, başqa ölkələrdən gələn şəxslər üçün də 14 gün evdə qalmaları lazım olduğunu bildirib”.

Ərbaş tək halda məscidə gedərək, namaz qılmağın mümkün olduğunu da qeyd edib.

O, bütün cami və məscidlərin dezinfeksiya olunduğunu vurğulayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...