Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“MƏSCİDLƏRDƏ SƏSİN HƏDDİNƏN ARTIQ VERİLMƏSİ DÜZGÜN DEYİL” – MÜBARİZ QURBANLI

“Bəzən səs o qədər güclü olur ki, yaxın iki məscidin səsi bir birinə qarışır”.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məscidlərdə səsgücləndiricilərin həddindən artıq yüksək səslə istifadə olunmasına irad bildirib.

Din.az-ın APA-ya istinadən verdiyi məlumata görə, M. Qurbanlı Məhərrəm ayının başlanması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən toplantıda bildirib ki, məscidlərdə mikrofondan istifadəyə qadağa olmasa da, səsin həddindən artıq verilməsi düzgün deyil.

O qeyd edib ki, buna nəzarət eləmək lazımdı: “Bəzən səs o qədər güclü olur ki, yaxın iki məscidin səsi bir birinə qarışır, insanlar deyilənləri ayırd edə bilmirlər. Güclü səs ətrafa da narahatlıq verir. Bizə rayonlardan müraciətlər daxil olur ki, bəzən gecə saat 12-də mikrofonla yüksək səslə mərsiyələr deyilir, bu isə həmin vaxt yatmış insanlara mane olur”.

M. Qurbanlı əzadarlıqla bağlı isə bildirib ki, hansı bölgədə hər hansı problem varsa, vaxtında müraciət edilsin, əzadarlıq tədbirlərinin keçirilməsi ilə bağlı yaranan narahatlıq aradan qaldırılsın.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...