Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Məscidlərə imam təyini Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə həvalə edilsin”

“Məscidlərə milli ruhda olan gənclərimiz imam təyin edilməlidir”.

“Gəncədə baş verən son hadisələr radikal ekstremist dini qruplaşma üzvlərinin ölkəmizə qarşı apardığı antimilli cinayət əməlidir. Onlar şiə məzhəbinin adından istifadə edərək guya ölkədə islam dövlətini qurmaq istəyirlər. Belə qüvvələr Suriyada, İraqda və digər əhalisi müsəlman olan ölkələrdə bu cür təxribata əl ataraq ölkələri zəiflətmək istəyirlər”

Din.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Əkrəm Həsənov deyib. Ə.Həsənov bildirib ki, icra başçısına və polisə hücum edən şəxslər həmin qrupdan olan adamlardır:

“Gəncədə baş verən son hadisələr radikal ekstremist dini qruplaşma üzvlərinin ölkəmizə qarşı apardığı antimilli cinayət əməlidir. Onlar şiə məzhəbinin adından istifadə edərək guya ölkədə islam dövlətini qurmaq istəyirlər. Belə qüvvələr Suriyada, İraqda və digər əhalisi müsəlman olan ölkələrdə bu cür təxribata əl ataraq ölkələri zəiflətmək istəyirlər. Əlbəttə bu danılmaz faktıdır ki, özünü regionda hegemon göstərmək istəyən bəzi dövlətlərin də əli ola bilər. Əslində dövlət deməyək, dövlətin daxilində radikal dindar kütlənin formalaşdırılmasında marağı olan ayrı-ayrı mafioz şəxslər də ola bilər ki, onlar bütün regionda hakimiyyəti ələ almaq üçün bu cür iğtişaşlar salırlar. Onlar öz çirkin əməllərinə dini və dindarları alət edirlər. Bir çox avam insanlar da onların bu din adından istifadə etməsinə inanır, hətta o cür radikal ekstremist məzhəb daşıyıcılarını müdafiə edənlər belə var. Onları müdafiə edənlər ya savadsızdırlar, ya da qərəzli şəkildə bunu edirlər. Xüsusi ilə Gəncədə baş verən hadisədə “Allahu Akbar” şüarı ilə öz həmvətəni, müsəlman polis qardaşını öldürən təkfirçi zehniyyət ölkəmizdə kifayət qədər yayılmaqdadır. Bu zehniyyətə görə yalnız şiələr müsəlmandırlar və şiələrdən başqa olanlar müsəlman sayılmır, onların canı, qanı, hətta malı belə halal hesab edilir.

Bu zehniyyət sünnilikdə də, sünnilliyin el arasında vəhabi adı verilən, əslində isə təkfirçi, xəvaric, hizbiçi qollarında mövcuddur. Hər ikisinin məqsədi islam dövləti qurmaqdır. Birinin məqsədi şiə islam dövləti qurmaq, digərinin məqsədi isə sünni islam dövləti qurmaqdır. Bu cür düşünənələr istərsə şiə olsun, istərsə də sünni olsun fərqi yoxdur, onlar radikal ekstremist qüvvələrdir və onlara qarşı amansız mübarizə aparılmalıdır. Onlar ölkədə iğtişaş salmaq istəyəndə polislərimizə silahdan istifadəyə icazə verilməlidir. Yoxsa təhlükəsizliyimiz əldən gedə bilər. Əgər ölkəmizdə digər əhalisi müsəlman olan ölkələrdə olduğu kimi bu cür düşünən təkfirçi zehniyyətə qarşı mübarizə aparılmasa gələcəkdə daha böyük təhlükələr gözlənilə bilər. Çünki belə vəziyyətdən ayrı-ayrı radikal dini qruplar istifadə edirlər. Bunları isə yönləndirən yuxarı güclər var. Bunun qarşısının alınmasında hamımız maraqlı olmalıyıq. Ölkəmizdə dini elmi şəkildə cəmiyyətə təbliğ etməliyik, ektremist qüvvələrin din adından, şiəlik və ya sünnilik adından istifadə edib cəmiyyəti xaosa səsləməyə imkan verməməliyik. Gəncə şəhər icra hakimiyyətinə və köməkçilərinə güllə atan, Gəncədə iki polisin şəhid olmasına rəvac verən həmin qrupdan olan insanlardır”.

Ə.Həsənov bildirib ki, məscidlərə milli ruhda olan gənclərimiz imam təyin edilməlidir:

“Çox təəssüf edirik ki, sosial şəbəkələrdə bunların çox güclü bazaları var, təəssüf edirik ki, hətta özünü bilikli hesab edən jurnalistlər belə onları bəzən sosial-şəbəkələrdə müdafiəyə qalxırlar. Bütün bunlar barədə dövlətimiz ciddi addım atmalıdır. Onları müdafiə edən saytlar bağlanmalıdır. Sayt rəhbərləri cinayət məsuliyyətinə cəlb olunmalıdır. Mən təklif edərdim ki, bəzi məscidlərdə təkfirçiliyi təbliğ edən məscid imamları məsciddən uzaqlaşıdırılsın. Məscidlərə imam təyini Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə həvalə edilsin. Məscidlərə milli ruhda olan gənclərimiz imam təyin edilməlidir. Hansısa ölkənin siyasə xətti ilə hərəkət edən imamlar təcili məscidlərdən uzaqlaşıdılmalıdır. Bu məsələdə təcili addımlar atılmalıdır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...