Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Məscidlərə maaş alacaq mütəvəlli kimdir? – Dini Komitə CAVABLANDIRDI

Gələcəkdə müqavilənin müddəti uzadıla bilər.

Prezident İlham Əliyev tərəfindən din xadimlərinə maddi dəstək verilməsi üçün Mənəvi Dəyərlərin Təbliği Fonduna vəsait ayrılması ilə bağlı fikirlərini bölüşən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı din xadimlərinin siyahısının müəyyənləşdirildiyini bildirib.

O deyib ki, həmin siyahıya uyğun olaraq Qafqaz Müsəlmanları İdarəsinin məscidlərdə təyin etdiyi mütəvəlli, imam naib və imamlar üçün açılmış bank hesablarına, karlarına maaş köçürüləcək:

“Fevralın axırından vəsait ayrılıb. İndi may ayıdır, amma vəsaitlər mart ayından ödəniləcək”.

M.Qurbanlının sözlərinə görə, təyinatı olan və maddi dəstək alan din xadimlərinin sayı 1000 nəfərdən çoxdur:

“Din xadimlərinə veriləcək maaşların məbləği Maliyyə Nazirliyi tərəfindən təsdiqlənib. Mütəvəlli 200-250 manat, imam naiblər 300 manatdan artıq, imamlar isə 400 manat alacaq”.

Dini idarələrdə imamın funksiyasının konkret nədən ibarət olduğu hamıya bəllidir.

Bəs mütəvəllilər kimdir? Onlar hansı işləri icra edirlər?

Din.az bildirir ki, Modern.az-ın bu qəbildən olan suallarını Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran cavablandırıb.

Sədr müavini “aşağı vəzifə dedikdə qapıçı, nəzarətçi və s. də nəzərdə tutulur” sualına cavab olaraq, “xeyr”,- deyə bildirib.

“Xeyr, sadaladıqlarınız texniki işçilərdir və dini rütbə daşımırlar. Dini vəzifə sahibləri imam, imam naib, mütəvəlli və s. üzrə təsnifatlandırılır. Mütəvəllilər imamdan, imam müavinindən aşağı vəzifəli, dini ayinləri həyata keçirən şəxslərdir. Onlar məscidin işçiləri olduğundan vəzifə maaşı ilə təmin olunacaqlar”.

Dini Komitə din xadimlərinə maddi dəstəyin hansı müddətdə veriləcəyi ilə bağlı məsələyə də aydınlıq gətirib.

2018-ci il üçün ayrılan vəsait 10 ay üçün nəzərdə tutulduğu üçün din xadimləri ilə müqavilə də bu müddətə bağlanacaq və dekabr ayında başa çatacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...