Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Məscidləri “bombalamaq” ittihamı ilə həbs olunan general Bakıya təyinat aldı

Əli Dəmir Bakıya hərbi attaşe təyin olunub.

Türkiyə ordusunun generalı, qurama “Balyoz” işinə görə 5 il həbs cəzası alan, 15 iyul gecəsi hərbi çevriliş etmək istəyənlərlə qətiyyətlə savaşan Əli Dəmir Bakıya hərbi attaşe təyin olunub.

Din.az Moderator.az-a istinadən bildirir ki, general bundan sonra vəzifəsinə Daxili İşlər Nazirliyinin hərbi attaşesi kimi davam edəcək.

Əli Dəmir hərbi çevriliş cəhdinin qarşısı alındıqdan sonra təyin olunduğu Diyabəkirdə terrorçulara qarşı mübarizə aparıb. Aralarında qondarma sahə və bölgə məsullarının da yer aldığı 184 ölü, 203 terrorçunu məhv edən və 83 ton narkotik ələ keçirən Əli Dəmir Bakıda fəaliyyət göstərəcək.

General Əli Dəmir 2010-cu ildə, FETÖ-nün Türkiyədə dövlət qurumlarına müdaxilə etdiyi vaxtlarda qurama “Balyoz” işi ilə həbsə atılmışdı. Həmin il yanvarın 20-də FETÖ-nün əsas ruporu sayılan “Taraf” qəzeti belə manşetlə çıxmışdı: “Fatih Camisi bombalanacaqdı”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...