Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Məşhəddə alış-veriş mərkəzində kütləvi rəqs rəsmilərin istefa və həbslərinə səbəb oldu – VİDEO

Məşhəd şəhərində alış-veriş mərkəzində kütləvi rəqs …

İranın Məşhəd şəhərində alış-veriş mərkəzində kütləvi rəqs rəsmilərin istefa və həbslərinə səbəb olub.

Din.az xəbər verir ki, İranın Məşhəd şəhərində alış-veriş mərkəzində kütləvi rəqs rəsmilərin istefa və həbslərinə səbəb olub. Məlumata görə, Məşhəddəki Mədəniyyət və Təbliğat nazirliyinin rəsmisi buna görə həbs olunub. O İctimai əxalqın pozulmasına və qanunların pozulmasına səbəb olmasına görə barəsində cinayət işi açılıb.

Çərşənbə günü baş verən olayda gənc qadın və kişilərin bir alış veriş mərkəzində rəqs etdiyi və səhnədə müğənnilə birlikdə oxuduğu bildirilir.

Olayın baş verdiyi alış veriş mərəzinin özcüsü Mohsen Əfsar İSNA-ya verdiyi müsahibədə rəsmi izinli halda müştəri cəlb etmək üçün bu cür tədbirlər həyata keçirdiyini, qalib olan şəxsə avtomobil hədiyyə ediləcəyini önə çəkib. Onun sözlərinə görə, müğənni rəsmi icazəsi olub. O həmçinin 10-12 min nəfərin qatıldığı bu tədbirdə bəzilərinin İrandakı qaydalara uyğun olmayan şəkildə hərəkət etdiyini bildirib.

Ancaq “Tasnim” agentliyi alış veriş mərkəzində bu cür tədbirlərin keçirilməsi üçün rəsmi iznin olmadığını qeyd edir. Olay islahatçı bələdiyyə sədrinin istefası və bir rəsminin həbsinə səbəb olub.

Qeyd edək ki, bundan öncə də, Məşhədin İmam cüməsi ilə Məşhədin Mədəniyyət nazirliyinin rəsmisilə ciddi fikir ayrılığı yaranmışdı. Nazirlik rəsmisi şəhərdə konsert təşkil ediləcəyini, İmam cümə isə konsertin İslami nizama uyğun olmamasına görə buna etiraz edərək konsertin keçirilməməsinə nail olmuşdu. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...