Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Məşhur aktrisa İslamı qəbul etmək istəyir

Aktrisa Lindsi Lohan: “Amerika “Qurani-Kərim” kitabını olduğu kimi təsvir etmir”.

Dünya şöhrətli aktrisa Lindsi Lohan İslamı qəbul etməsindən danışıb.

Din.az anspressə istinadən  xəbər verir ki, katalon ailəsində böyüyən aktrisa “Qurani-Kərim” kitabı oxuduğunu etiraf edib. O, qısa müddətdən sonra yeni din qəbul edəcəyini bildirib.

 “Mən dinə çox bağlı insanam. Yeni biliklər üçün açığam. Amerika “Qurani-Kərim” kitabını olduğu kimi təsvir etmir”, – Lindsi Lohan bildirib.

 Onun sözlərinə görə, hələ müsəlmanların müqəddəs kitabını oxumağa çətinlik çəkir. O, bir müddətdən sonra müqəddəs kitabı səlis oxumağa başlayacağını deyib.

Lindsi Lohan 1986-cı ildə Nyu-York şəhərinin Bronks bölgəsində dünyaya gəlib, ailənin ilk uşağıdır. 13 yaşından bəri modellik karyerasına başlayıb. O, bir çox məşhur firmaların siması olub. Aktrisalıqdan əlavə musiqi karyerasına da sahibdir. 50 Cent, Timbaland, Snup Doq və Farel Uilyams kimi bir çox prodüserlərlə birgə musiqi karyerasında yeniliklər edib. (anspress)

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...