Məşhur aktrisa kasıb ailələrə yardım payladı – FOTO

Ancelina Coli İraqda məscidi ziyarət etdi.
“Oskar” mükafatlı aktyor və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komisyasının Xoşməramlı səfiri Ancelina Coli İraqın Mosul şəhərini ziyarət edib.
Din.az xarici mediaya istinadən xəbər verir ki, şəhərin xaraba olan bölgələridəki kasıb ailələrə yardım paylayan Coli, şəhərdəki Nuri Əl-Kəbir məscidini də ziyarət edib.
Mosula ilk dəfə səfər edən Coli, müharibənin yerlə bir etdiyi şəhərdən heç bir açıqlama vermədən ayrılıb. 3 il ərzində terror təşkilatı İŞİD-in xarabalığa çevirdiyi şəhər əməliyyatlar zamanı sanki yerlə bir edilib.