Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

MƏŞHUR AKTYOR MÜSƏLMAN OLDU – İslam haqda danışdıqlarına qadağa qoyuldu

“Los-Ancelesdə gəzərkən gördüyüm bir məscidə girəndə həyatım dəyişdi”.

“Alaqaranlıq” seriyası ilə məşhurlaşan Robert Pattison müsəlman olub.

Din.az “A24.az”-a istinadən xəbər verir ki, iddialara görə, məşhur İngilis aktyor Robert Pattisonun “New York Times”a verdiyi, ancaq nəşr olunmayan müsahibəsində müsəlman olduğu açıqlanıb.

Son illərdə bir çox məşhurların müsəlman olması dünya mətbuatında gündəm olub. Lindsay Lohan, Jan Klod Van Damın adı açıqlanarkən, bir də bu sıraya “Alaqaranlıq” seriyasındakı Edvard Cullen rolu ilə şöhrət qazanan, gənc qızların sevimlisi Robert Pattison qatılıb. Hətta iddialara görə, ingilis oyunçunun müsəlman və islam haqqındakı sözləri “New York Times”a verdiyi müsahibədən çıxarılıb.


Robert Pattisonun açıqlaması

İddiaya görə, Robert Pattinson nəşr olunmayan o müsahibədə bunları deyib: “2010-cu ildə Los-Ancelesdə gəzərkən gördüyüm bir məscidə girəndə həyatım dəyişdi. İslam haqqında araşdırmağı və daha çox şeylər öyrənmək çox istəmişdim. Oradan çıxanda dərhal ingilis dilində bir Quran götürüb oxudum. Oxumağa başlayanda fərq etdim ki, məhz həqiqət budur. Ancaq işlərimin çoxluğundan İslamla bağlı tədqiqatlarım yarımçıq qaldı. 1 il sonra evimi dəyişdirərkən kitabxanamda İslam dini haqqında kitablar tapdım və dərhal oxudum. Müsəlmanların tolerantlıq anlayışı məni maarifləndirdi. Bu məsələ ilə bağlı çıxışım isə menecerim tərəfindən qadağan olundu. Mən İslama olan marağımı saxlamaq istəmədim, amma menecerim bir az gözləməyimi və bunu yaxşıca düşünməyi söyləmişdi. Mən də bunu etdim və bir bazar günü həqiqətən müsəlman olmağa qərar verdim. Tək istədiyim dostlarım və ailəmdən dəstək almaq, Assalamualaikum”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...