Məşhur alman jurnalist müsəlman oldu – FOTO

İsrail əleyhinə çıxışları ilə tanınan alman jurnalist Martin Lejeune müsəlman olduğu anların qeydə alındığı videonu sosial şəbəkədə yayımlayaraq dünyaya eşitdirdi
Alman jurnalist Martin Lejeune bayramın səhərisi günü müsəlman olduğunu elan edib.
“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Lejenue müsəlman olduğu anların videogörüntüsünü sosial şəbəkə hesabından yayımlayaraq dünyaya eşitdirib. Lejenue, imamın onu istiqamətləndirməsi ilə əvvəlcə şəhadət gətirib, daha sonra alman dilində mənasını hər kəsin qarşısında təkrarlayaraq İslam dininin bir üzvü olub.
Nə üçün İslam dinini seçdiyi sualına isə Lejeune, “İslam sülh deməkdir. Məsciddə olanda və Allaha dua edəndə o sülh və hüzuru hiss etdiyim üçün müsəlman oldum” ifadələrini işlədib.
İmam, müsəlman olandan sonra Lejeuneyə artıq islama xidmət edəcək bir elçi olduğunu və 700 milyon müsəlman qardaş qazandığını söyləyib.
Lejeunenin şəhadət gətirdiyi anlarda məsciddə olan camaat böyük bir həyəcan və coşqu yaşayıb.
Lejenue, İsrailin 2014-cü ildə Qəzzada təşkil etdiyi hücum zamanı göstərdiyi rəftara görə İsrailin düşməni olaraq tanınırdı.
Lejeunenin qəlbi həm Fələstin, həm də Türkiyə ilə…
Jurnalist Martin Lejenue, sözdə erməni soyqırımını müdafiə edərək Türkiyəni günahlandıran alman parlamentin üzvlərinə İsrailin fələstinlilərə tətbiq etdiklərinin hesabını soruşmadıqlarını da xatırlatmışdı.
MasaAllah arab dılındede bilirkı. Müslümanlar ne gündedirki kimse muslım olanda insanlar heyretlenir Vallah söz tapmirıq